• $
  • €
  • ₽
  • ₺
  • £

AMB: Bank sektoru əlavə 20,1 milyard manatlıq risk ölçülmüş aktiv artımını dəstəkləyə bilər

AMB: Bank sektoru əlavə 20,1 milyard manatlıq risk ölçülmüş aktiv artımını dəstəkləyə bilər
15.10.2026 11:26

Azərbaycan bank sektorunun kapital adekvatlığı 2026-cı ilin birinci yarısının yekunlarına görə 17,7% təşkil edib. Bu göstərici bankların kapital mövqeyinin prudensial tələbləri üstələdiyini və sektorun əlavə risk ölçülmüş aktiv artımını dəstəkləmək imkanına malik olduğunu göstərir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, bank sektorunun mövcud kapital mövqeyi risk üzrə ölçülmüş aktivlərin əlavə 20,1 milyard manat artımını dəstəkləməyə imkan verir.

2026-cı ilin birinci yarısının yekunlarına əsasən, sektor üzrə risk ölçülmüş aktivlərin cəmi aktivlərdə payı 66% təşkil edib.

Həsənov qeyd edib ki, kapital adekvatlığı əmsalı sistem əhəmiyyətli banklar üçün müəyyən edilmiş 12,5%-lik, digər banklar üçün isə 10,5%-lik minimum normativ tələbləri üstələyir.

O bildirib ki, kapital tələblərinin Bazel III standartlarına uyğunlaşdırılması çərçivəsində bank kapitalı və onun adekvatlığı üzrə yeni prudensial çərçivə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol