• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
15.10.2026 15:19

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübüüzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmlənib və kredit portfeli genişlənib.

Əldə olunan nəticələr Bankın uzunmüddətli inkişaf hədəflərinə doğru ardıcıl irəlilədiyini göstərir. Bank Respublika müştərilərin və sahibkarların maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə biznes fəaliyyətinin genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə dəstəyini davam etdirib.

 

2026-cı ilin ilk doqquz ayı üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):

• Aktivlər 2,66 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir;

• Nizamnamə kapitalı 3 dəfədən çox artaraq 240,3 milyon manat təşkil edib;

• Məcmu kapital 18,8% artaraq 295,88 milyon manat təşkil edib; 

• Kredit portfeli 11,5% artaraq 1,76 milyard manata yüksəlib; 

• Xalis faiz gəlirləri 16,9% artaraq 148,36 milyon manat olub; 

• Xalis əməliyyat mənfəəti 14,9% artaraq 67,3 milyon manata çatıb; 

• Xalis mənfəət 16,5% artaraq 50,29 milyon manat təşkil edib; 

• Depozit portfeli 1,1 milyard manat olub ki, bu da müştərilərin Bank Respublika-ya etimadını və onu etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini əks etdirir;

• Xarici maliyyə institutlarından cəlb edilən vəsaitlər 15% artaraq 500 milyon manat olub

 

Maliyyə dayanıqlığının əsas göstəriciləri:

• I dərəcəli kapitalın adekvatlıq əmsalı - 11,7% (normativ: 6,5%);

• Məcmu kapitalın adekvatlıq əmsalı - 14,6% (normativ: 12,5%);

• Leverec əmsalı - 8,81% (normativ: 5%);

• Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı - 0,87% təşkil edib ki, bu da bank sektorunda ən aşağı göstəricilərdən biridir.

 

Bank Respublika qarşıdakı dövrdə də dayanıqlı böyümə, real sektorun maliyyələşdirilməsi və müştərilərə təqdim olunan xidmətlərin inkişafı üzrə strateji prioritetlərini davam etdirəcək. Bank maliyyə dayanıqlığının qorunmasına və risklərin effektiv idarə olunmasına əsaslanaraq uzunmüddətli inkişaf imkanlarını genişləndirməyi hədəfləyir.

 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:? Facebook|? Instagram|? LinkedIn      |? Telegram
? Çağrı Mərkəzi: 144

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol