• $
  • €
  • ₽
  • ₺
  • £

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
16.10.2026 12:00

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutur.

Regionun inşaat sektorunun aparıcı biznes platformalarından biri olan Xəzər İnşaat Həftəsi yerli və beynəlxalq şirkətləri, investorları və sənaye mütəxəssislərini bir araya gətirir. Tədbir inşaat, bərpa və yenidənqurma, mühəndislik sistemləri və yol infrastrukturu sahələrində yeni texnologiyaların, innovativ həllərin və əməkdaşlıq imkanlarının təqdim olunması üçün mühüm platforma rolunu oynayır.

Bu il Xəzər İnşaat Həftəsi çərçivəsində 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Garabagh” və 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku” təşkil olunur. Həmçinin eyni tarixlərdə 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road & Traffic” keçirilir.

Tədbirin rəsmi bank tərəfdaşı olan PAŞA Bank sərgi iştirakçılarına və ziyarətçilərə biznesin maliyyələşdirilməsi, müasir maliyyə həlləri və rəqəmsal bankçılıq xidmətləri barədə məlumat təqdim edir. Bankın nümayəndələri sərgi çərçivəsində şirkətlərlə görüşlər keçirərək onların maliyyə ehtiyaclarını, biznesin inkişaf perspektivlərini və potensial əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Xəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunan “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” adlı panel müzakirəsində PAŞA Bankın İnsan Resursları üzrə Baş Direktoru Zibeydə Hacıyeva da çıxış edib. O, Qarabağda sahibkarlığın və insan kapitalının inkişafına dəstəyin Bankın fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb.

“Qarabağın bərpası və inkişafı prosesində özəl sektorun fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. PAŞA Bank olaraq biz də bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçiririk. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərmiş, onların biznes və idarəetmə bacarıqlarının inkişafı üçün təlimlər təşkil etmişik. Eyni zamanda, Qarabağ Universiteti ilə əməkdaşlığımız çərçivəsində yüksək nəticələrlə universitetə qəbul olunan tələbələri kompüter avadanlıqları ilə təmin etmişik. Məqsədimiz bölgədə sahibkarlığın inkişafına, insan kapitalının gücləndirilməsinə və Qarabağın dirçəlişinə davamlı töhfə verməkdir”, – deyə Zibeydə Hacıyeva bildirib.

PAŞA Bankın Xəzər İnşaat Həftəsi ilə tərəfdaşlığı Bankın real sektorun inkişafına dəstək göstərmək, sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bizneslər arasında əməkdaşlığı təşviq etmək istiqamətində həyata keçirdiyi fəaliyyətin davamıdır.

Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta biznes müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri, o cümlədən investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması üzrə həllər təqdim edir.

Bank 2026-cı ildə beynəlxalq maliyyə nəşri “International Investor” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatlarına layiq görülüb. Həmçinin “Euromoney” nəşrinin “Awards for Excellence 2026” mükafatları çərçivəsində “Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı” seçilib.

 

 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol