• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatına 4 ilə 108,8 milyard manat investisiya qoyulacaq - komitə sədri

Azərbaycan iqtisadiyyatına 4 ilə 108,8 milyard manat investisiya qoyulacaq - komitə sədri
21.10.2026 11:31

Azərbaycan iqtisadiyyatına 2027-2030-cu illərdə 108,8 milyard manat investisiya qoyulacağı, bunun 76,6 milyard manatının qeyri-neft sektoruna yönələcəyi gözlənilir. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. 


“Məhsuldarlığı və istehsalı artırmaq, müasir texnologiyaların tətbiqini gücləndirmək, dövlət dəstəyini artırmaq, əhalinin kənddə qalıb işləməsini təmin etmək və ilk növbədə insan rifahını yüksəltmək” aqrar sahənin əsas hədəfləridir, komitə sədri deyib.


Onun sözlərinə görə, aqrar sektorda qanunvericilik bazasının yenilənməsi üçün bir sıra qanun layihələri hazırlanıb. Balıqçılıq və toxumçuluq haqqında qanunlar Milli Məclisin ötən sessiyasında qəbul edilib. Məhsul şəhadətnaməsi haqqında qanun layihəsi parlamentə daxil olub, aqrar sahəyə dair çərçivə qanun layihəsinin isə yaxın günlərdə plenar iclasda müzakirəsi gözlənilir.


“İnvestisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz”, - komitə sədri bildirib.


Onun sözlərinə görə, son illərdə Azərbaycan iqtisadiyyatına 350 milyard dollar investisiya qoyulub, iki beynəlxalq investisiya forumunda imzalanan müqavilələrin ümumi dəyəri isə 20 milyard dolları ötüb.


Komitə sədri işğaldan azad edilmiş ərazilərdə bərpa və tikinti işlərinə 28 milyard manatın Azərbaycanın öz vəsaiti hesabına yönəldildiyini deyib. Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı üçün yeni investisiyaların cəlb olunmasının vacib olduğunu vurğulayıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol