• $
  • €
  • ₽
  • ₺
  • £

TRACECA: Orta Dəhlizdə tranzit müddətinin proqnozlaşdırılması və rəqəmsallaşma vacibdir

TRACECA: Orta Dəhlizdə tranzit müddətinin proqnozlaşdırılması və rəqəmsallaşma vacibdir
21.10.2026 12:59

 

Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün daşımaların təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, tranzit müddətlərinin əvvəlcədən dəqiq müəyyənləşdirilməsi və rəqəmsal həllərin tətbiqi zəruridir. Bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev Avropa İttifaqı–Azərbaycan Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yükdaşıma şirkətləri üçün yüklərin təyinat məntəqəsinə çatdırılma vaxtını əvvəlcədən müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir. Tranzit müddətində qeyri-müəyyənlik isə biznes üçün əlavə çətinliklər yaradır və Orta Dəhlizə etimadı zəiflədir.

Baş katib qeyd edib ki, altı ölkə arasında vahid tranzit icazəsi haqqında sazişin qəbul edilməsi yükdaşımaların sadələşdirilməsi istiqamətində mühüm addımdır. Bu mexanizm Azərbaycan, Qazaxıstan və Qırğızıstanın da daxil olduğu ölkələrdə vahid icazə əsasında daşımaların həyata keçirilməsinə, müxtəlif nəqliyyat növlərindən istifadəyə və hər ölkə üzrə ayrıca icazə alınması zərurətinin aradan qaldırılmasına şərait yaradır.

Çoriyev vurğulayıb ki, icazələrin elektron formada təqdim edilməsi də daşımalar prosesinin asanlaşdırılmasına xidmət edir. Bununla yanaşı, 2016-cı ildən tətbiq edilən çoxtərəfli icazələr sisteminin genişləndirilməsi və nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması prioritet istiqamətlər olaraq qalır.

O bildirib ki, rəqəmsal prosedurların səmərəli tətbiqi üçün TRACECA üzvü olan ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol