• $
  • €
  • ₽
  • ₺
  • £

Orta Dəhliz daşımaları üçün yeni konteyner gəmiləri 2027-ci ildə istismara verilə bilər

Orta Dəhliz daşımaları üçün yeni konteyner gəmiləri 2027-ci ildə istismara verilə bilər
21.10.2026 13:18

Xəzər dənizində Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artırılması üçün daha böyük tutumlu konteyner gəmilərinin 2027-ci ildə istismara verilməsi gözlənilir.

Bunu Azərbaycan Ekspeditor Şirkətləri Assosiasiyasının İdarə Heyəti sədrinin müavini Elmir Poladov Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizində bərə və Ro-Ro gəmiləri ilə yanaşı, kiçik tutumlu konteynerdaşıyan gəmilər də fəaliyyət göstərir. Yeni, daha böyük tutumlu konteyner gəmilərinin inşası isə daşımaların genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Poladov Orta Dəhliz boyunca nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlərə də diqqət çəkib. O qeyd edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyəti illik 5 milyon tona çatdırılıb, Ələt limanının genişləndirilməsi layihəsi isə davam etdirilir.

Assosiasiya rəsmisi bildirib ki, Azərbaycanda yükdaşımalarla bağlı prosedurların sadələşdirilməsi məqsədilə milli “bir pəncərə” sisteminin yaradılması istiqamətində də iş aparılır.

Poladovun sözlərinə görə, həyata keçirilən layihələrin əsas məqsədi bütün mexanizmləri vahid sistemdə birləşdirmək, yük sahibləri üçün Orta Dəhliz boyunca fasiləsiz və əvvəlcədən proqnozlaşdırıla bilən daşımaları təmin etməkdir.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol