• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
26.10.2026 10:02

Bank Respublika və Asiya İnkişaf Bankı sahibkarlığın dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini bağlayıb

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar.

 

Vəsait kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti sahəsində fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsinə, eləcə də qadın sahibkarlığının dəstəklənməsinə yönəldiləcək. Maliyyələşmə həmçinin müasir damcı suvarma sistemlərinin tətbiqinə və müxtəlif hava şəraitinə uyğunlaşan bitki və meyvələrin yetişdirilməsini də dəstəkləyəcək.

 

Ölkə üzrə geniş filial şəbəkəsi sayəsində Bank Respublika Azərbaycanın bütün regionlarında sahibkarlar üçün maliyyələşmənin əlçatanlığını təmin edəcək.

 

“Bu maliyyələşdirmə özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təşviq etdiyinə, ərzaq təhlükəsizliyini gücləndirdiyinə, dayanıqlığı artırdığına və paytaxtdan kənar regionlarda qadınların rəhbərlik etdiyi bizneslərin maliyyəyə çıxış imkanlarını genişləndirdiyinə görə AİB-in 2025–2029-cu illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Strategiyasına tam uyğundur. Bu layihə AİB-in “Bank Respublika” ilə mövcud əməkdaşlığına təkan verir və biz qeyd olunan məqsədlərə nail olmaq üçün tərəfdaşlığımızı daha da dərinləşdirməkdən məmnunuq”, – ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib.

 

“Azərbaycanın regionlarında sahibkarlığın dəstəklənməsi Bank Respublikanın strateji prioritetlərindən biridir. Asiya İnkişaf Bankı ilə yeni saziş kiçik və orta biznesin, xüsusilə kənd təsərrüfatı, müasir aqrotexnologiyalar və qadın sahibkarlığı sahələrində maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Biz ADB ilə uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bizim üçün bu saziş yalnız uzunmüddətli maliyyələşmə mənbəyi deyil, həm də beynəlxalq maliyyə institutlarının bankımızın dayanıqlılığına, strategiyasına və fəaliyyətinin nəticələrinə etimadının növbəti təsdiqidir” deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

 

ADB. Asiya və Sakit okean regionunda davamlı, inklüziv və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. 1966-cı ildə yaradılan ADB-nin 69 üzvü var və onlardan 50-si region ölkələridir.

Bank Respublika. 1992-ci ildə yaradılmış Bank Respublika fiziki şəxslərə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, eləcə də korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edən Azərbaycanın aparıcı banklarından biridir. Sahibkarlığın maliyyələşdirilməsini strateji prioritetlərindən biri kimi müəyyənləşdirən Bank 2026-cı ildə nüfuzlu beynəlxalq “Euromoney” nəşri tərəfindən “Azərbaycanda kiçik və orta biznes üçün ən yaxşı bank” mükafatına layiq görülüb. 


 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol