• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Niderland ticarət dövriyyəsi 325 milyon dollar olub

Azərbaycan-Niderland ticarət dövriyyəsi 325 milyon dollar olub
26.10.2026 13:14

2025-ci ildə Azərbaycanla Niderland arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu göstərici iki ölkənin iqtisadi potensialını tam əks etdirmir və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur.

Bayramov qeyd edib ki, qarşılıqlı investisiyaların həcmi də daha yüksək göstəricilərə nail olmaq üçün potensialın olduğunu göstərir.

Nazir bildirib ki, Azərbaycan və Niderland arasında 2026–2028-ci illəri əhatə edən, əməkdaşlığın demək olar ki, bütün istiqamətlərini nəzərdə tutan yol xəritəsi hazırlanıb. Sənədin qəbul edilməsi ikitərəfli münasibətlərdə növbəti mühüm irəliləyiş kimi qiymətləndirilib.

O əlavə edib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd olunacaq.

Bayramovun sözlərinə görə, hazırda Azərbaycan və Niderland arasında 11 saziş mövcuddur, daha 4 saziş üzrə isə işlər davam etdirilir. Bu sənədlər də siyasi məsləhətləşmələr zamanı müzakirə olunub.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol