• $
  • €
  • ₽
  • ₺
  • £

Fətizadə: riskin mövcudluğu maliyyə xidmətindən imtina üçün əsas deyil

Fətizadə: riskin mövcudluğu maliyyə xidmətindən imtina üçün əsas deyil
28.10.2026 10:15

Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə maliyyə inklüzivliyini məhdudlaşdırmamalıdır. Bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə bildirib.

Onun sözlərinə görə, riskin mövcudluğu müştəriyə maliyyə xidmətinin göstərilməsindən imtina üçün əsas sayılmamalı, risklərə uyğun nəzarət mexanizmləri qurulmalıdır.

“Qanuni iqtisadi fəaliyyətə imkan qorunmaqla maliyyə sistemindən sui-istifadə hallarının qarşısı alınmalıdır”, - Fətizadə deyib.

O bildirib ki, bunun üçün risk əsaslı yanaşma, effektiv daxili nəzarət və şübhəli əməliyyatların vaxtında müəyyən edilməsi vacibdir.

Fətizadənin sözlərinə görə, aşağı riskli hallarda sadələşdirilmiş tədbirlər, yüksək riskli hallarda isə gücləndirilmiş nəzarət tətbiq olunmalıdır. Bu, resursların yüksək risk daşıyan əməliyyatlara yönəldilməsinə imkan verər.

“Riskin mövcudluğu heç bir halda maliyyə xidmətlərinin göstərilməsindən imtina edilməsini tələb etmir”, - o bildirib.

Xidmət rəhbəri mikromaliyyə sektorunun maliyyə xidmətlərindən kifayət qədər istifadə etməyən şəxsləri, özünüməşğul əhalini və kiçik sahibkarları formal maliyyə sisteminə cəlb etməkdə rol oynadığını deyib.

O vurğulayıb ki, sektor xidmətlərin əlçatanlığı ilə yanaşı, onların təhlükəsizliyini və etibarlılığını da təmin etməlidir.

Fətizadə maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər Dövlət Proqramının və mikromaliyyə modeli üzrə strateji çərçivənin sektor üçün yeni imkanlar yaratdığını bildirib.

O, inklüzivlik və maliyyə təhlükəsizliyi tədbirlərinin təsirinin ölçülməsini, sektor üzrə spesifik risklərin müəyyənləşdirilməsini və qurumlararası əməkdaşlığın gücləndirilməsini vacib sayıb. Dövlət proqramı 2026-cı il mayın 26-da prezident sərəncamı ilə təsdiqlənib.

Rəqəmsal alətlərin riskləri daha sürətli aşkar etməyə kömək edə biləcəyini deyən Fətizadə kibertəhlükəsizlik və texnoloji dayanıqlılığın da diqqətdə saxlanılmasını vurğulayıb.

Onun sözlərinə görə, innovasiyalar adekvat nəzarət və təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmalıdır.


Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol