• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan mikromaliyyə təşkilatlarına nəzarəti gücləndirir - AMFOK

Qazaxıstan mikromaliyyə təşkilatlarına nəzarəti gücləndirir - AMFOK
28.10.2026 11:44

Qazaxıstanda mikromaliyyə təşkilatları üçün risklərin idarə edilməsi və daxili nəzarət tələbləri 2026-cı ildə müəyyən edilib. Nəzarətin növbəti mərhələsində preventiv yanaşmanın, maliyyə məhsullarının keyfiyyətinə nəzarətin və təşkilatların özünütənzimləmə institutunun tətbiqi nəzərdə tutulur. Bunu Qazaxıstan Mikromaliyyə Təşkilatları Assosiasiyası Şurasının sədri Yerbol Omarxanov bildirib.


Omarxanovun sözlərinə görə, 2020–2021-ci illərdə bütün mikromaliyyə təşkilatları dövlət tənzimlənməsi və nəzarəti çərçivəsinə daxil edilib, lisenziyalaşdırılıb və onlar üçün prudensial tələblər müəyyən olunub. 2022–2025-ci illərdə tətbiq edilən kreditləşmə qaydaları borcalanların müdafiəsinə və sektordakı risklərə nəzarətə yönəlib. Borc yükü əmsalı və borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi tətbiq edilib, məsafədən kredit verərkən isə biometrik identifikasiya və dələduzluğa qarşı əlavə tədbirlər nəzərdə tutulub.


Hazırda Qazaxıstanda 214 mikromaliyyə təşkilatı fəaliyyət göstərir. Onların ümumi aktivləri 1,7 trilyon tenge, kredit portfeli isə 1,5 trilyon tenge təşkil edir, Omarxanov təqdimatında deyib.
Preventiv nəzarət çərçivəsində maliyyə məhsullarının keyfiyyəti hazırlanma mərhələsindən müştəriyə təqdim olunmasına və sonrakı monitorinqə qədər qiymətləndiriləcək. Tənzimləyici şəffaf şərtlərin açıqlanmasını, müştərinin məlumatlı razılığını və məhsulun istehlakçı üçün yaratdığı dəyəri nəzərə alacaq.

“Uğurlu məhsul təkcə mənfəət gətirməməli, istehlakçı üçün də dəyər yaratmalıdır”, – Omarxanov bildirib.


O, tənzimləmənin manipulyativ interfeyslərin və qeyri-şəffaf satış üsullarının qarşısını almağa yönəldiyini deyib. Maliyyə xidmətləri ilə bağlı müraciətlər xüsusi “e-Gov” platforması vasitəsilə qəbul edilir və tənzimləyici şikayətlər əsasında riskləri qiymətləndirir.


Mikromaliyyə təşkilatlarına risklərin idarə edilməsi, uyğunluq nəzarəti və daxili audit üzrə tələblər onların kateqoriyasına uyğun müəyyən edilir. Omarxanovun sözlərinə görə, növbəti mərhələdə preventiv nəzarət, məhsul keyfiyyətinin gücləndirilməsi və özünütənzimləmə sektorun inkişafının əsas istiqamətləri olacaq.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol