• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
28.10.2026 13:23

Azercell-in dəstəyi ilə keçirilən “AWS Agentic Football Cup” turnirində iştirakçıların hazırladığı süni intellekt agentlərivirtual futbol matçlarında müstəqil qərarlar qəbul edib

Bu dəfə futbol meydanında qərarları süni intellekt verib. Azercell-in dəstəyi və “AWS User Group Baku”nun təşkilatçılığı ilə keçirilən “AWS Agentic Football Cup” turnirində 32 komandanın hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında qarşılaşıb.

Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Amazon Web Services” (AWS) mütəxəssislərinin mentorluğu ilə iştirakçılar beş süni intellekt agentindən ibarət virtual futbol komandaları hazırlayıblar. Bu agentlər oyun vəziyyətini təhlil edib, ötürmə, hücum və müdafiə ilə bağlı qərarlar verib. İştirakçılar isə matçların nəticələrini təhlil edərək proqramlarını və oyun strategiyalarını təkmilləşdiriblər. Mentorlar turnir boyu komandalara texniki yanaşmaların təkmilləşdirilməsi və bulud texnologiyalarından istifadə ilə bağlı dəstək göstəriblər. 

Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma olub. Futbol rəqabətini proqramlaşdırma ilə bir araya gətirən bu format iştirakçılara yazdıqları kodun nəticəsini birbaşa oyunda görmək imkanı verib. Onlar süni intellekt agentlərinin dəyişən vəziyyətlərə necə reaksiya verdiyini sınaqdan keçirib, agent əsaslı həllərin hazırlanması və AWS bulud platformasında tətbiqi üzrə praktiki təcrübə qazanıblar. Yarışın sonunda üç qalib müəyyənləşib.

Bu layihəyə dəstək verməklə Azercell ölkədə süni intellekt sahəsində bilik və bacarıqların inkişafını təşviq edir. Məqsəd yerli texnologiya icmasını gücləndirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafında fəal rol oynayacaq mütəxəssislərin yetişməsinə dəstək olmaqdır.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol