• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sekuritizasiya bazarının inkişafına mane olan 3 əsas amil açıqlanıb ​

Azərbaycanda sekuritizasiya bazarının inkişafına mane olan 3 əsas amil açıqlanıb
​
28.10.2026 13:43

Azərbaycanın kapital bazarında sekuritizasiya mexanizminin tam tətbiq olunması üçün hüquqi baza, məlumatların şəffaflığı və xidmət infrastrukturu sahəsindəki boşluqlar aradan qaldırılmalıdır.
​Bu fikirləri “PAŞA Kapital” QSC-nin baş icraçı direktoru İsi Mustafayev bildirib.


​İsi Mustafayevin sözlərinə görə, hazırda ölkə bazarında tam sekuritizasiya olmasa da, təminatlı istiqrazlar kimi ona oxşar alətlərdən istifadə edilir. Belə istiqrazların buraxılışında bank zəmanəti, girov və ya kredit portfeli təminat kimi çıxış edə bilir. Lakin sekuritizasiya prosesi daha ciddi tənzimləmə və ümumi prinsiplər tələb edir.

 

"Qanunvericilikdə sekuritizasiya tənzimlənmir. Lakin Mərkəzi Bankın dəstəyi ilə hazırlanan qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Banklar kredit portfeli və problemli borclar barədə mütəmadi məlumat açıqlasa da, Bank Olmayan Kredit Təşkilatlarında (BOKT) bu öhdəlik yoxdur. Bu da investorların portfelin keyfiyyətini qiymətləndirməsini çətinləşdirir. Borc alan öhdəliyini yerinə yetirə bilmədikdə, həmin portfelin necə yığılacağı və investorlara pulun hansı mexanizmlə qaytarılacağı dəqiq müəyyənləşdirilməlidir",- o deyib.

​İsi Mustafayev vurğulayıb ki, investorlar risk yaranacağı təqdirdə ödənişlərin necə həyata keçiriləcəyini əvvəlcədən aydın şəkildə bilməlidirlər.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol