• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb

Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
30.10.2026 10:42

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk 9 ayında 42% artaraq Azərbaycan statistikasına görə 888 milyon dollara, Gürcüstan statistikasına görə isə 1,1 milyard dollara yaxınlaşıb. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov bildirib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət dinamika ilə genişlənir.

Baş nazir qeyd edib ki, investisiya sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 4 milyard dollara yaxındır. Əli Əsədovun sözlərinə görə, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir.

O, enerji sahəsində birgə layihələrin əhəmiyyətinə də toxunub. Bildirib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır.

Baş nazirin sözlərinə görə, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol