Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib

2026-cı ilin üçüncü rübündə SOCAR tərəfindən xarici bazarlara təxminən 4 milyon ton neft ixrac edilib.
Hesabat dövründə ixrac olunan neftə şirkətin öz imkanları ilə hasil etdiyi neftlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsorsiumların hasil etdiyi və Azərbaycan dövlətinə, eləcə də SOCAR-a məxsus mənfəət payları da daxil edilib.
Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.
























