• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
03.11.2026 15:31

Qadınların məlumat və dəstək resurslarına çıxışını asanlaşdıran sosial təşəbbüs TAF!26 və Ad Black Sea festivallarında mükafatlandırılıb

Azercell-in “Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbüs Daşkənd Reklam Festivalı — TAF!26-da bir qızıl və iki gümüş, Batumidə keçirilən Ad Black Sea beynəlxalq yaradıcılıq festivalında isə bir gümüş və bir bürünc mükafata layiq görülüb.

TAF!26-da “Oflayn Qadınlar” layihəsi “Sosial və KSM kampaniyaları” kateqoriyasının “Ən yaxşı sosial təsir kampaniyası” nominasiyası üzrə qızıl mükafat qazanıb. Layihə, həmçinin “Yaradıcılıq və icra ustalığı” kateqoriyasında “Ən yaxşı kreativ strategiya” və “Media kampaniyaları” kateqoriyasında “Ən yaxşı inteqrasiya olunmuş media kampaniyası” nominasiyaları üzrə iki gümüş mükafatla təltif olunub.

Regionun biznes, marketinq və yaradıcılıq sənayesi nümayəndələrini bir araya gətirən TAF!26 festivalında 2 000-dən çox iştirakçı və 70-dən çox yerli və beynəlxalq ekspert iştirak edib. Müsabiqəyə 35 nominasiya üzrə 483 kreativ layihə təqdim olunub.

Ad Black Sea festivalında isə təşəbbüs sosial təsiri və yaradıcı icrasına görə fərqlənib. “Oflayn Qadınlar” “Dayanıqlı İnkişaf Məqsədləri / İnsanlar” kateqoriyasında gümüş, “Kino sənəti / Rejissor işi” kateqoriyasında isə bürünc mükafat qazanıb. Reklam və yaradıcılıq sənayesini bir araya gətirən festivalın builki müsabiqəsində müxtəlif ölkələrdən təqdim edilmiş 400-dən çox iş qiymətləndirilib.

“Oflayn Qadınlar” zorakılıq halları və riskləri barədə hüquqi və praktiki məlumatları, eləcə də mövcud yardım mexanizmlərini qadınlar üçün daha əlçatan edən rəqəmsal platformadır. Layihənin əsas üstünlüklərindən biri platformaya internet paketi və balans olmadan da daxil olmaq imkanıdır. Azercell abunəçiləri aktiv internet paketləri və ya balanslarında vəsait olmadığı halda belə oflaynqadinlar.az saytından istifadə edərək məlumat və dəstək resurslarına çıxış əldə edə bilirlər.


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol