• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır

Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
04.11.2026 11:20

2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 141 milyard manat, qeyri-neft-qaz sektorunun ÜDM-nin isə 109,1 milyard manat olacağı proqnozlaşdırılır. Gələn il iqtisadi artımın 2,7%, qeyri-neft-qaz sektorunda isə 4,4% təşkil edəcəyi gözlənilir. Bunu maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, 2027-ci ildə xam neftin bir barelinin orta illik qiyməti 65 dollar, orta illik inflyasiya 5,3%, manatın məzənnəsi isə 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində proqnozlaşdırılıb.

Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorunun nominal ÜDM-i 2023–2027-ci illərdə 30,1 milyard manat və ya 38,1% artacaq.

2026-cı ilin sonuna dövlət borcunun ÜDM-ə nisbətinin 20%, 2030-cu ildə isə 20,3% olacağı gözlənilir.

2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat və ya illik ÜDM-in 17,3%-i təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azdır.

Dövlət borcunun 16,2 milyard manatı və ya 67,9%-i daxili, 7,7 milyard manatı və ya 32,1%-i xarici borcun payına düşür. Xarici borcun dollar ekvivalenti 4,5 milyard dollar təşkil edir.

Nazir bildirib ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı aşağıdır. Borc portfelində istiqrazların orta ödəmə müddəti 3,64 ildir, 7 və 10 illik istiqrazların payı isə 44% təşkil edir.

Oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollar olub. Bu məbləğ xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.

Sahil Babayevin sözlərinə görə, Neft Fondunun gəlirləri xərclərini üstələyir. Fondun gəlirləri 7,8 milyard dollar, xərcləri isə 7,1 milyard dollar proqnozlaşdırılır.

2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə təxminən 7 milyard dollar transfert nəzərdə tutulur. Bu, əvvəlki göstərici ilə müqayisədə 550 milyon dollar və ya 935 milyon manat azdır.

2030-cu ilədək transfertlərin daha 1,5 milyard dollar azaldılaraq 5,5 milyard dollara çatdırılması planlaşdırılır.

2027-ci ilin dövlət büdcəsi layihəsində gəlirlərin 39 milyard 254 milyon manat, xərclərin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Büdcə kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat və ya ÜDM-in 2,2%-i səviyyəsində müəyyən edilib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol