• $
  • €
  • ₽
  • ₺
  • £

Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir

Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
04.11.2026 12:34

Azərbaycanda dövlət satınalmaları prosedurlarının mürəkkəbliyi layihələrin icrasına ayrılan müddəti azaldır və bəzi hallarda işlərin yarımçıq qalmasına səbəb olur. Bunu deputat Azər Badamov Milli Məclisin müvafiq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, satınalma prosesində kotirovkaların təqdim edilməsi üçün 10 gün, nəzarətedici orqanın baxışı üçün 10 gün, zəruri hallarda Nazirliyin ekspertizası üçün 20 gün, ekspertiza zamanı çatışmazlıqlar aşkarlandıqda isə əlavə 20 gün nəzərdə tutulur. Qərarın qəbul edilməsi üçün tələb olunan beş gün də nəzərə alındıqda proses xeyli uzanır.

Deputat qeyd edib ki, bu prosedurlar nəticəsində satınalma prosesi 8-9 aya qədər davam edə bilir. Bu isə tenderin elan olunması və işlərin həyata keçirilməsi üçün qalan müddətin azalmasına gətirib çıxarır.

Badamovun sözlərinə görə, xüsusilə regionlarda payız aylarında havaların sərin və yağıntılı keçməsi layihələrin vaxtında icrasını çətinləşdirir. Nəticədə ilin sonunda istifadə olunmayan büdcə limitləri geri qaytarılır və bəzi layihələr yarımçıq qala bilir.

Deputat satınalma prosesinin müddətinin azaldılması, layihələrin icrası üçün ayrılan vaxtın isə artırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsini təklif edib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol