• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır

Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
04.11.2026 12:48

Azərbaycan 2027–2030-cu illər üzrə iqtisadi siyasət çərçivəsində irihəcmli xarici investisiyaların cəlbi üçün əlavə stimullar hazırlayır və biznesin uzunmüddətli maliyyələşməyə çıxışını genişləndirməyi planlaşdırır. Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov bildirib.

Onun sözlərinə görə, iri sənaye layihələri üzrə texnologiya transferti, daşınmaz əmlak bazarında investisiya fəallığının artırılması və vergi üzrə artıq ödəmələrin geri qaytarılması ilə bağlı təkliflər hazırlanır. Camalov əlavə stimulların şərtlərini və tətbiq müddətini açıqlamayıb.

O bildirib ki, dövlət iqtisadi artımda özəl investisiyaların rolunu gücləndirməyi, birbaşa investor rolundan biznes üçün imkan yaradan və riskləri bölüşən tərəfdaş roluna keçməyi nəzərdə tutur.

Prioritetlərdən biri uzunmüddətli və münasib şərtlərlə maliyyələşmə olacaq. Sənaye və istehsalın kredit portfelindəki payının artırılması, iri və kapitaltutumlu layihələrin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması planlaşdırılır.

Hökumət qeyri-neft-qaz ixracının həcmini artırmağı və coğrafiyasını genişləndirməyi də hədəfləyir. Daxili bazarın məhdud ölçüsü nəzərə alınaraq müəssisələrin xarici bazarlara yönəldilməsinə diqqət artırılacaq.

Digər istiqamət nəqliyyat və enerji dəhlizləri, o cümlədən Xəzər və Qara dəniz üzərindən “yaşıl enerji” dəhlizləri boyunca biznesin inkişafıdır. Bu çərçivədə klasterlərin, logistika mərkəzlərinin, sənaye zonalarının və emal müəssisələrinin formalaşdırılması nəzərdə tutulur.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol