• $
  • €
  • ₽
  • ₺
  • £

Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib

Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
04.11.2026 14:30

Mərkəzi Bankın sədri Taleh Kazımov valyuta bazarında təklifin tələbi üstələməsinin birbaşa iqtisadi artımın zəifliyi ilə əlaqələndirilməsi fikri ilə razılaşmadığını açıqlayıb.

Onun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında müştərilərin banklara valyuta satışı 44 faiz artdığı halda, valyuta alışına tələb cəmi 3 faiz azalıb.

Kazımov bildirib ki, qızılın idxal və ixrac göstəricilərindən çıxılması ticarət balansında artımı üzə çıxarır.

“Qeyri-neft ixrac rəqəminə baxdıqda, doqquz ayın nəticələrinə əsasən 3,5-3,4 faiz artım qeydə alınıb. İxracda qızılı statistikadan çıxarsaq, qeyri-neft ixracı 20 faiz artıb. Ümumi ixrac isə 9,6 faiz yüksəlib”, - o, Milli Məclisin komitə iclasında bildirib.

Mərkəzi Bank sədri qeyd edib ki, valyuta bazarının təhlili nağd və qeyri-nağd əməliyyatlar üzrə fərqli mənzərəni göstərir.

“Nağd bazarında, valyuta bazarında təklifin tələbi üç dəfə üstələməsini görürük. Burada daha çox fiziki şəxslərin təklifləri, fiziki şəxslərin əməliyyatları təhlil olunur. Qeyri-nağd əməliyyatlara, xüsusilə bank hesabları üzrə valyuta əməliyyatlarına baxdıqda, tələb ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 3 faiz azalıb. Halbuki müştərilər tərəfindən valyuta satışı, yəni təklif 44 faiz artıb. Biznes və vətəndaşlar daha çox valyuta satır, nəinki alırlar. Ona görə bunu birbaşa iqtisadi artımla əlaqələndirmək istəməzdim”, - Kazımov deyib.

O, xarici valyutada kredit portfelinin artımını da normal qiymətləndirdiyini bildirib. Kazımovun sözlərinə görə, Mərkəzi Bankın prudensial tələblərinə əsasən, xarici valyutada kreditlər əsasən valyuta riskindən sığortalanmış borcalanlara və ya ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara verilə bilər.

“2026-cı ilin ötən dövründə xarici valyutada olan kredit portfeli artıb. Biz bunu normal qiymətləndiririk, çünki artımın əsas istiqaməti ixracla məşğul olan sahibkarlıq hesabına baş verib”, - o bildirib.

Kazımov deputat Qüdrət Həsənquliyevin biznes kreditlərinin iri, mikro, kiçik və orta sahibkarlıq subyektləri üzrə bölgüsü ilə bağlı fikirlərinə də münasibət bildirib. O, kredit portfelinin bölgüsü ilə bankların kreditləşmə davranışı arasında birbaşa əlaqə qurulmasını düzgün hesab etmədiyini deyib.

Mərkəzi Bank sədri bankların kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin olduğunu vurğulayıb.

“Sentyabrın sonu, oktyabrın əvvəlinə bankların Mərkəzi Bankın bütün tələblərinə riayət etməklə 4,6 milyard manat həcmində sərbəst vəsaitləri var. Bu vəsaitləri sabah kreditləşməyə yönəltməyə hazırdırlar. Belə bir təklif olduğu halda və faizlərin azalmaması onu göstərir ki, kreditləşməyə böyük tələb yoxdur”, - Kazımov qeyd edib.

Mərkəzi Bankın sədri dövlət büdcəsinin inflyasiyaya təsirinə də toxunub. O bildirib ki, 2027-ci il üçün təqdim olunan büdcə layihəsində cari xərclərin inflyasiyaya təsiri 0,38 faiz bəndi qiymətləndirilir.

“Bu da böyük təsir deyil. İnvestisiya xərcləri, yəni kapital əsaslı xərclər isə ümumiyyətlə inflyasiyaya neytral təsir göstərir”, - Kazımov bildirib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol