• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib

Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
06.11.2026 12:30

Azərbaycanın Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair rəyində büdcə sənədlərinin əvvəlki illərlə müqayisədə daha ətraflı təqdim olunsa da büdcə qanunvericiliyinə dəyişikliklər edilməsinə ehtiyac var. Bunu Hesablama palatasının sədri Vügar Gülməmmədov Milli Məclisin komitələrinin iclasında deyib.

Onun sözlərinə görə, büdcə zərfində ilk dəfə orta müddətli dövr üçün hədəf göstəriciləri ayrıca təqdim olunub, 2027–2030-cu illər üzrə büdcə siyasətinin məqsəd və hədəfləri, eləcə də fiskal risklər barədə bölmələr genişləndirilib. Qurum layihənin parlamentdə müzakirə olunmasını tövsiyə edib.

Gülməmmədov “Büdcə sistemi haqqında” qanunun büdcə sənədlərinin tərkibini və icra ilə bağlı məlumatlılığı tənzimləyən maddələrinin təkmilləşdirilməsinin zəruri olduğunu bildirib.

Rəyə görə, dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 39,2 milyard manat proqnozlaşdırılır. Gəlirlərin artımı Dövlət Neft Fondundan transfertin azalmasına baxmayaraq, iqtisadi artım, inflyasiya, vergi inzibatçılığının yaxşılaşdırılması və qanunvericilik dəyişikliklərinin hesabına gözlənilir.

Palata bildirib ki, 2026-cı ildə dövlət büdcəsi hesabına maliyyələşdirilən bəzi dövlət proqramlarının xərcləri gələn ildən İcbari Tibbi Sığorta vasitəsilə qarşılanacaq. Səhiyyə xərclərinin dövlət büdcəsində payı 4,9% nəzərdə tutulub.

Prezidentin 10 sentyabr 2026-cı il tarixli fərmanı ilə məqsədli büdcə fondları ləğv edildiyindən, 2027-ci il üçün həmin fondlar üzrə ayrıca gəlir və xərc proqnozu nəzərdə tutulmayıb. Palata fondların ləğvindən sonra əvvəlki gəlir mənbələri ilə xərc istiqamətləri arasındakı əlaqənin və sahələr üzrə maliyyələşmənin davamlılığının qorunmasının vacibliyini vurğulayıb. Yol vergisi, təbiətdən istifadəyə görə ödənişlər və ekoloji cərimələr kimi daxilolmaların gələn ildən birbaşa büdcəyə ödənilməsi nəzərdə tutulur.

Rəydə meşə örtüyünün artırılması və yaşıllıqların genişləndirilməsi hədəflərinə baxmayaraq, meşələrin inkişafı xidmətinə ayrılan 21,3 milyon manatın 92%-nin əmək xərcləri olduğu da qeyd edilib.

N.TəbrizliMüəllifN.TəbrizliBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol