• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir

Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
06.11.2026 12:42

Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata, yaşa görə pensiyanın isə 680 manata çatacağı proqnozlaşdırılır, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev cümə günü bildirib.

Milli Məclisin komitələrinin iclasında çıxış edən Əliyev deyib ki, Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə xərcləri 9,273 milyard manat nəzərdə tutulur. Bu, 2026-cı il üçün təsdiq olunmuş göstəricidən 789,5 milyon manat və ya 9,3% çoxdur. Xərclərin 8,95 milyard manatı əhaliyə ödənişlərə yönəldiləcək.

Fondun gəlirləri 9,221 milyard manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 10,8% çoxdur. Gəlirlərin 82,3%-nin sosial sığorta haqları hesabına formalaşacağı gözlənilir. Fondun xərcləri gəlirlərini 52 milyon manat üstələyir.

Nazir bildirib ki, gələn il İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 444 min nəfərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. Onlardan 173 min nəfərin işlə təmin edilməsi, 14,5 min nəfərin özünüməşğulluq proqramına, 18,5 min nəfərin peşə hazırlığına cəlb olunması planlaşdırılır.

Əliyevin sözlərinə görə, özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8%, yaxud 59 min artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında 52 min yeni iş yeri açılıb ki, bu da illik müqayisədə 7% çoxdur.

Dövlət büdcəsinin 2027-ci il layihəsində nazirliyin fəaliyyəti üzrə əhaliyə ödənişlər, tibbi sığorta və ödənişli ictimai işlər üçün 5,503 milyard manat ayrılması nəzərdə tutulur. İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,257 milyard manat, xərcləri isə 2,98 milyard manat proqnozlaşdırılır.

N.TəbrizliMüəllifN.TəbrizliBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol