• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
06.11.2026 15:50

“Uğur qızlarımızındır” təşəbbüsü çərçivəsində İKT ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş “Uğur qızlarımızındır” təşəbbüsünü davam etdirir. Təşəbbüs çərçivəsində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.

Görüşdə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və şirkətin digər nümayəndələri iştirak ediblər.

Müzakirələrdə texnologiya sektorunun inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də tələbələrin gələcək karyera perspektivləri diqqət mərkəzində olub. Gənc qadınların İKT sahəsində daha geniş iştirakının sektorun innovasiya potensialının güclənməsinə və ölkənin rəqəmsal inkişafına töhfəsi vurğulanıb.

Tələbələrin xüsusi maraq göstərdiyi süni intellekt və kibertəhlükəsizlik sahələrində Azercell-in fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, süni intellekt Azercell-in rəqəmsal transformasiya strategiyasınınəsas istiqamətlərindən biridir. Şirkət bu texnologiyanın müştəri təcrübəsinin yaxşılaşdırılması, şəbəkənindaha səmərəli idarə olunması, kibertəhlükəsizliyin gücləndirilməsi və daxili proseslərin optimallaşdırılmasıüzrə tətbiqini genişləndirir. Kibertəhlükəsizlik sahəsində də öncül mövqeyini gücləndirən Azercell ölkədə ilk Telekom CERT komandasını yaradıb. Komanda kibertəhdidlərin aşkarlanması və insidentlərə operativreaksiya imkanlarını inkişaf etdirərək rəqəmsal infrastrukturun təhlükəsizliyinə və dayanıqlığına töhfə verir.

Eyni zamanda, qızlara şirkətdə təcrübə və təqaüd proqramları, həmçinin peşəkar inkişaf imkanları barədə məlumat verilib.

Yeni nəsil texnologiya mütəxəssislərinin yetişdirilməsi və rəqəmsal savadlılığın təşviqi Azercell-in sosial strategiyasının prioritet istiqamətlərindəndir. Şirkət “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təhsilə, gənclərin inkişafına və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı dəstəkləyir.

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol