• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb

"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
11.11.2026 15:25

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC 2025-ci ili 14,067 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 2,4 % azdır.

Ötən il "Azəralüminium"un satışdan gəlirləri 262,313 milyon manat (əvvəlki ilə nisbətən 5,2 % çox), satışının maya dəyəri 233,725 milyon manat (4,7 % çox), ümumi və inzibati xərcləri 10,154 milyon manat (55,6 % çox), satış və paylanma xərcləri 1,665 milyon manat (44,8 % az), gözlənilən kredit zərərləri üzrə ehtiyatın bərpası hesabına gəliri 133 min manat (28,2 dəfə az), xalis gəlirləri 2,689 milyon manat (8,8 dəfə çox), maliyyə gəlirləri 1,041 milyon manat (19,7 % az), mənfəət vergisi ödəmələri 6,566 milyon manat (11,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azəralüminium"un aktivləri 398,954 milyon manat olub ki, bu da illik müqayisədə 4 % çoxdur. Hesabat dövründə "Azəralüminium"un öhdəlikləri 4,7 % artaraq 31,581 milyon manata, balans kapitalı isə 4 % artaraq 367,373 milyon manata çatıb.

"Azəralüminium" 2018-ci ildə dövlət qeydiyyatına alınıb, ötən ilin sonuna qədər "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tabeliyində olub. Onun nizamnamə kapitalı 282,561 milyon manatdır. Korporasiya Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol