Brilyant Dadaşova koronavirusa yoluxub

Xalq artisti Brilyant Dadaşova koronavirusa yoluxub. Bu barədə jurnalistlərlə söhbətində müqənni özü bildirib.
Müqənni həmçinin həkimlərin ona çoxlu dərman yazmasından şikayət edib.
"Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".
Dadaşova deyib ki, Covid-19-a yoluxanda depressiyaya düşüb.
"Əvvəl kimsə depressiyaya düşəndə deyirdim musiqi dinləyin. Necə insan depressiyaya düşə bilər? Amma indi özüm gördüm. 12 gün hərarət olar? Burda depressiyaya düşməmək mümkün deyil. Heç nə istəmirsən".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















