• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif

Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
12.11.2026 12:37

Mədəni irsin qorunması və təbliği, eləcə də milli mədəniyyət məhsullarının satış platformalarına çıxarılması hesabına əlavə gəlir əldə etmək mümkündür. Bunu deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat bu təkliflə çıxış edərək mədəniyyətin Azərbaycanın ÜDM-də payının gələcəkdə 2 faizə çatdırılmasının mümkünlüyünü qeyd edib.

O bildirib ki, bu il Azərbaycanın ÜDM-nin 140 milyard manat olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, ötənilki göstəricilər əsasında mədəniyyət sahəsinin ÜDM-də payı təxminən 1 faiz təşkil edir.

Məhərrəmzadə qeyd edib ki, mədəni irsin və mədəni abidələrin qorunmasına 49,7 milyon manat, kino sahəsinə isə təxminən 9 milyon manat vəsait ayrılır. O hesab edir ki, bu vəsaitlər mədəniyyətlə yanaşı, turizmin və qeyri-neft sektorunun inkişafına da töhfə verə bilər.

“Biz mədəniyyətimizi təşviq edərək onu hansısa satış platformasına çevirə bilərik və oradan da kifayət qədər gəlir əldə edə bilərik. Bunun üzərində analitik baxış bucağı formalaşsa, çox yaxşı olar”, – deputat bildirib.

O, bu istiqamətdə Mədəniyyət Nazirliyinin analitik yanaşma hazırlamasını təklif edib.

Deputatın sözlərinə görə, dünya praktikasında mədəniyyətin ÜDM-də payı təxminən 1-3 faiz arasında dəyişir. O, mədəniyyətin iqtisadi potensialından istifadənin Azərbaycanın hüdudlarından kənarda milli irsin təbliğinə də xidmət edə biləcəyini vurğulayıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol