Əməkdar artist Sahibə Əhmədova vəfat edib

Əməkdar artist Sahibə Əhmədova bu gün vəfat edib.Bu barədə onun yaxınları məlumat yayıb.
O, 1956-cı ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin "Şah İsmayıl” operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da "Səhnəmizin Ərəbzəngisi” adını qazanıb.
Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə Əhmədovanın ifasında "Bayatı-Şiraz”, "Çahargah”, "Şur”, "Segah”, "Orta Mahur”, "Mahur-hindi”, "Rahab”, "Bayatı-kürd”, "Qatar”, "Şahnaz” muğam dəstgahları, "Qarabağ şikəstəsi”, "Arazbarı”, "Simayi-Şəms” kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















