DİQQƏT! Bu cərimə ləğv olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunları imzalayıb.
Qanun qəbul edilənədək şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmuşdu. Şəxsə əvvəlcə inzibati cərimə (30 manat) tətbiq edilir daha sonra isə, o, dövlət rüsumu ödəyərək yeni sənədi əldə edirdi.
Yeni qəbul edilən Qanunlara əsasən şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə inzibati məsuliyyət (30 manat cərimə) ləğv edilir və əvəzində dövlət rüsumunun məbləği (10 manat) artırılır. Bununla da vətəndaşlar həm əlavə məsuliyyət tədbirlərindən azad edilir, həm də inzibati icraatla əlaqədar sənədlərin tərtib edilməsinə görə sərf edilən vaxt itki istisna edilmiş olur.
"Dövlət rüsumu haqqında” qanuna edilmiş digər dəyişiklik arxiv sənədlərinin verilməsi ilə bağlıdır.
Əvvəlki qanunvericiliyə əsasən arxiv arayışları vətəndaşların müraciətlərinə əsasən 1 ay müddətində verilirdi. Lakin təcrübədə bir çox hallarda daha qısa müddətdə sənədlərin hazırlanması zərurəti yaranır, bu hal qanunvericilikdə nəzərdə tutulmadığı üçün təcili şəkildə belə sənədlərin verilməsi mümkün olmurdu.
"Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən vətəndaşlar arxiv arayışlarının və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin daha qısa müddətdə 3 və ya 5 gün müddətində ala biləcəklər. Vətəndaşlar arxiv arayışlarının 3 gün müddətində alınması üçün 10 manat, 5 günə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödəməklə sürətləndirilmiş qaydada bu arayışları ala biləcəklər.
Sənədləri təcili əldə etmək istəməyən şəxslər arxiv arayışlarını əvvəlki kimi pulsuz olaraq alacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















