Sarkisyan Aprel döyüşlərindən danışdı

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.
Anews.az xəbər verir ki, 105 deputatdan 90 nəfər iclasda iştirak edir.
Qalan 15 deputat iclasa qatılmayıb.
Milli Məclisin spikeri Ara Babolyanın çıxış nitqi ilə başlayan iclasda Ermənistanın eks-prezidenti və hazırda baş nazir postuna yeganə namizəd Serj Sarkisyan millət vəkillərinin suallarına cavab verir.
O, çıxışında ötən il Azərbaycan və Ermənistan arasında baş tutan Aprel döyüşləri haqqında da danışıb.
Sarkisyan bildirib ki, Azərbaycanın münaqişəni güc yolu ilə həll etmək fikrindən daşınacağına ümid etmirlər:
"Aprel döyüşləri həm süpriz idi, həm də deyildi. Biz ümid etməməliyik ki, Azərbaycan hökuməti Qarabağ problemini güc yolu ilə həll etmək fikrindən daşınacaq. Bunun üçün də Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi üçün yeni silahların alınması və özümüzün silah istehsal etməyimiz məsələsinə xüsusi diqqət yetirmək lazımdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















