Kremllə İrəvanın Qarabağ müzakirəsi

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın dünən reallaşan telefon danışığında Qarabağla bağlı müzakirələrin detalları ortaya çıxıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Mnasakanyanı Moskvaya dəvət edib. Yaxın günlərdə erməni nazirin Moskvaya səfəri gözlənilir.
Ermənistanın diplomatik mənbələri Lavrovun Mnasakanyana Qarabağ münaqişəsi üzrə danışıqların əhəmiyyətli mərhələyə keçməsinin vacibliyini çatdırdığını qeyd ediblər.
"Ermənistan Qarabağın danışıqlarda tərəf olmasını və Rusiyanın Azərbaycana silah satışının dayandırılmasını istəyir. Lavrovun cavabı müsbət olmayıb, əvəzində o, bütün bunların Moskva görüşündə müzakirə edilməsini istəyib”, - deyə diplomatik mənbələr vurğulayıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















