• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan sərhədlərlə bağlı gözlənilməz addım

Paşinyandan sərhədlərlə bağlı gözlənilməz addım
28.05.2020 18:09
Ermənistan hökuməti Sərhəd Xidmətinə yeni əməkdaşların qəbul edilməsi ilə bağlı elan verib. İrəvanda danışırlar ki, məqsəd ölkənin sərhədləri üzərində nəzarəti erməni sərhədçilərinə verməkdir. Xüsusilə söhbət Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan rus hərbiçilərinin ölkədən çıxarılmasından gedir.

Publika.az xəbər verir ki, 1990-cı illərdə Ermənistan və Rusiya arasında bağlanmış müqaviləyə əsasən Türkiyə və İran sərhədini rus sərhədçilər qoruyur. Sonrakı dövrdə həmin bölgədəki zastavalara ermənilər muzdlu əsgər kimi qəbul edilib, lakin ümumi nəzarət rusların əlindədir.

Rusiyanın öz sərhədçilərini İran və Türkiyə sərhədinə yerləşdirməkdə məqsədi Ermənistanda hərbi mövcudluğunu sürdürməklə yanaşı, gələcək geosiyasi proseslərdə Ankara və Tehrana qarşı hücum ehtimalında bu bölgədən platforma kimi istifadə etməkdir. Həmçinin, indiki situasiyada forpostu olan Ermənistanın bu iki ölkəyə açılışının dolayısı ilə qarşısını alır.

Hətta Rusiya sərhədçiləri nəzarət etdikləri ərazidə erməni hökumətinin hər hansı iş görməsinə belə icazə vermirlər. Ötən ilin dekabrında baş verən hadisə buna əyani nümunədir. Belə ki, Ermənistanın İranla sərhədi yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırıldı. Ermənistan mediası bu hadisəni "İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirmişdi. Erməni siyasi şərhçi Tevos Arşakyan yazırdı ki, "Bu gün yolun təmirinə icazə vermirlər, sabah başqa şeylərə qadağalar qoyulacaq, digər sərhəd ərazilər də zəbt olunacaq. Daha sonra Ermənistan adlı dövlət xəritədən silinəcək”.

Görünür, Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan Türkiyə və İran sərhədindəki rus sərhədçilərini erməni sərhədçilərlə əvəzləmək niyyətindədir.

Burada geosiyasi proseslər də diqqət çəkir və belə ehtimal yaranır ki, rus sərhədçilərin bu bölgədən çıxarılmasını Vaşinqton istəyir. Çünki ABŞ-ın İrana hücum planında Ermənistanın sərhədləri yaxşı platforma rolunu oynaya bilər. Lakin İrəvanın bu sərhədləri qoruya biləcək potensialının az olmasını nəzərə alsaq, hesab etmək olar ki, gələcəkdə rus sərhədçilərinin yerini amerikalı hərbiçilər tuta bilər və onlar İrana qurudan hücumda əsas rol oyna bilər.

Moskva buna icazə verərmi?

Paşinyan Rusiya ilə münasibətləri davam etdirəcəyini israrla bildirir, lakin onun real addımları bunun əksini göstərir. Bu baxımdan, rus sərhədçilərinin çıxarılması Moskva üçün ciddi siqnaldır. Birincisi, bu bölgə Rusiyaya gələcək strategiyası üçün lazımdır, ikincisi, Moskva rus sərhədçilərinin çıxarılmasına göz yumarsa, bu, digər rus bazalarının Ermənistandan çıxarılması üçün presedent yarada bilər. Deməli, Moskva məsələni sakit qarşılamayacaq. Proseslər rusların İrəvana müdaxiləsi ilə də yekunlaşa bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol