Paşinyandan Qarabağla bağlı ŞOK SÖZLƏR: yenə də...

"Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır".
Anews.az publika.az-a istinadən xəbər verir ki, İrəvanda "Frankofoniya" beynəlxalq təşkilatının sammitində çıxışı zamanı bu fikri irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyan yenə absurd iddialarını davam etdirib.
Paşinyan iddia edib ki, Dağlıq Qarabağ "xalqının" iradəsini nəzərə alaraq, onun statusu məcburi hüquqi gücə malik olmalıdır.
"Sülh atmosferinin yaradılması nizamasalma prosesində irəliləyiş üçün əsas amil olacaq", - deyə o bildirib.
Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən sonra "Qarabağı tərəf kimi təqdim etmək" cəhdləri ilə danışıqlar atmosferinə uyğun olmayan mövqe sərgiləyir. MDB dövlət başçılarının Düşənbə sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü görüş zamanı təmas xəttində atəşkəsin qorunması ilə bağlı razılaşma Paşinyanın bu absurd mövqeyindən əl çəkəcəyi ehtimalını önə çıxarmışdı. Lakin görünür, Paşinyan daxili siyasətə hesablanmış, lakin danışıqları alt-üst edən iddialarından əl çəkmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















