• $
  • €
  • ₽
  • ₺
  • £

Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO

Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO
31.07.2020 10:03
"Məlum olduğu kimi, 21 iyul 2020-ci il tarixində yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikalı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib. Los Anceles Polis İdarəsi (LAPD) hazırda azərbycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəmnində törədilən cinayət maddəsi üzrə araşdırır".

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Qaynarinfo-ya verilən məlumata görə, bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyası (AYF) dünəndən bəri sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia ediblər. Təşkilatçılar azərbaycanlıların aksiyanın əvvəlindən silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər. Göründüyü kimi, Azərbaycan icmasının üzvlərinə qarşı zorakılıq törətmiş erməni quldurlarını alçaqcasına müdafiə edən və məsuliyyətdən yayınmağa çalışan erməni lobbisi özlərini bu hadisədə də qurban kimi təqdim etməyə çalışırlar.


Bu yalan iddialar səsləndirilən kimi, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və detallı araşdırma nəticəsində, iddia olunan silahların (mişar, çəkic və digər alətlər) məhz bir radikal erməni daşnakı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub. Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib. Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olundu video görüntüləri qısa film şəklində dərhal hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb:


Baş Konsulluq həmçinin bu məlumatı və həmin maşının nömrəsini LAPD-yə bildirib.


Bundan əlavə, baş konsul Nəsimi Ağayev erməni lobbisinin azərbaycanlı icma üzvlərimizə qarşı qaldırdığı yalan iddialarla bağlı Los Anceles Polis İdarəsinə müraciət edərək onlardan məsələ ilə bağlı açıqlama istəyib. Buna cavab olaraq, 21 iyul hadisəsi zamanı polis qüvvələrinə rəhbərlik etmiş, idarənin Qərbi Los Anceles bölməsinin rəisi Rendi Qodard Twitter sosial şəbəkəsində guya azərbaycanlı icma üzvlərimizin mişar, çəkic, bıçaq və metal çubuq kimi alətlərlə silahlanmalarına dair iddiaları nəzərdən keçirdiyini və bunun qəti şəkildə doğru olmadığını vurğulayıb. O, polis əməkdaşlarının azərbaycanlılar üzərində hər hansı silah görmədiklərini və onlardan heç bir silahı müsadirə etmədiklərini də diqqətə çatdırıb. O həmçinin polisin adına ləkə gətirən bu iddialardan məyus olduğunu dilə gətirib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol