Rəsulzadə Bakıdakı abidəsi önündə anıldı - FOTOLAR

Bu gün Bakı sakinləri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümü münasibətilə onun doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət edib. Ziyarətə gələnlər arasında Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri də olub.
Daxili İşlər Nazirliyinin əməkdaşları adi vətəndaşların abidəyə yaxınlaşmasına mane olmasalar da partiya üzvlərinin qarşısını kəsdilər, onlara pandemiya səbəbindən adamların parka on-on buraxıldığı bildirildi.
Hər iki partiyanın üzvləri Məmməd Əmin Rəsulzadənin tarixdəki və Azərbaycan xalqının həyatındakı rolundan danışıb. Həmçinin onlar ziyarət zamanı yaradılan məhdudiyyətlərdən də şikayətləndilər.
Tədbir iştirakçıların Rəsulzadənin abidəsi önünə gül qoyması ilə yekunlaşıb.
Ləman Qasımova
Kənan Əzizli

















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















