• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili Paşinyana müraciət edib: Putin Sizi devirəcək...

Saakaşvili Paşinyana müraciət edib: Putin Sizi devirəcək...
18.10.2023 17:22
Ermənistanın baş naziri Nikol Paşinyan artıq Putinin qan düşmənidir. Bunu Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili "X" hesabından Nikol Paşinyana ünvanladığı müraciətdə bildirib. 
 
Siz xalq üsyanları nəticəsində hakimiyyətə gəlmisiniz. Putinin terminologiyası ilə desək - rəngli inqilab və inanın ki, siz and içsəniz də, o sizi heç vaxt bağışlamaz və bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin ratifikasiyasından sonra – o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək. Çox az vaxtınızın olduğunu xatırlamaq lazımdır. Sizin indiki dövlət aparatınız həqiqətən də Kremlin beşinci kolonudur. Avropaya inteqrasiyada gecikmisiniz", - Saakaşvili yazıb. 
 
Keçmiş preizdent Paşinyana məsləhət edib ki, o dərhal  MDB, KTMT, gömrük ittifaqından çıxsın və Avropa İttifaqı və NATO-ya müraciət etsin. 

Saarkaşvili Ermənistanın Azərbaycanla dərhal sülh müqaviləsi imzalanmasına ehtiyac olduğunu açıqlayıb. 

Sizdə şəxsi cəsarət və siyasi cəsarət əskik olmayacaq və ümid edirəm ki, Putinə sizi məhv etməyə və eyni zamanda ölkənizi məhv etməyə və regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz.Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm bu dəfə tərəddüd etməyəcəksiniz", - o müraciətdə vurğulayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Siyasət 20:02
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol