• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngəzur dəhlizi ilə bağlı "B" planı işə düşür - ŞƏRH

Zəngəzur dəhlizi ilə bağlı "B" planı işə düşür - ŞƏRH
26.10.2023 10:17
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla razılığa gələ bilməyib. Bunu  Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 
 
"Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib.Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var. Kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər”, - Hikmət Hacıyev əlavə edib.
 
Deputat Elman Nəsirov bildirir ki, Azərbaycanın "B" planı İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsindən Naxçıvan ərazisi ilə quru rabitəni bərpa etməkdir.
 
"Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesində ən mühüm əlaqələrdən biri Zəngəzur dəhlizinin işə salınması ilə bağlıdır. 2020-ci il 10 noyabr sənədinin 9-cu bəndi də məhz bu məsələləri özündə ehtiva edir. Lakin Ermənistan ilə aparılan danışıqlar bu istiqamətdə heç bir nəticə verməyib. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına marağlı olmadığını nümayiş etdirir. Belə olan halda Azərbaycanın "A" planın qarşılığında "B" planı da var. "A" planı məhz Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsindən Naxçıvan ərazisi ilə quru rabitəsinin yaradılmasını özündə əks etdirdi. "B" plan isə İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan ərazisində quru rabitənin yaradılmasını nəzərdə tutur. Bu istiqamətdə addımlar atılmağa başlayıb. Baş nazir müavini Şahin Mustafayev ilə iranlı həmkarları arasında oktyabrın 6-da razılaşma edilib. Bu razılaşmaya əsasən Zəngilan rayonu ərazisində Kalıbənd, Ağbənd kəndində çay üzərində körpünün çəkilməsi, qurulması nəzərdə tutulub. Bir başqa körpü isə Naxçıvan ərazisində tikiləcək. Bununla da İran ərazisindən keçməklə Naxçıvanla quru yol əlaqəsi yaradılacaq”, - o əlavə edib.
 
Deputat qeyd edir ki, belə olan vəziyyətdə Ermənistan çox mühüm bir layihədə kənarda qalacaq.

"Ermənistan bu addımı ilə nə İran ilə nə də Rusiya ilə nə dəmir yolu, nə də avtomobil yolu əlaqəsi baş tutmayacaq. Bunda da bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Azərbaycanın istənilən halda əks alternativləri var və bunu da həyata keçirir. Ermənistan tərəfi çox ciddi düşünməli, nəticə çıxarmalıdır, çünki atdığı addımlar onların özünün maraqlarının ziddinə işləyir. Onlar özü- özlərin çıxılmaz stiuasiyaya salır”, - Nəsirov bildirib.
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, bu açıqlama Fransanın Azərbaycanın günahlandırmaq üçün yaratdığı süni səbəbi aradan qaldırmaq məqsədi daşıyır.
 
"Bu Fransaya və Ermənistana qarşı yönəlmiş bir açıqlamadır. Çünki, Fransa hətta Amerikadan belə bir ifadə yayımlamağa başlayır ki, Azərbaycan Ermənistana müdaxilə edəcək. Bütün hallarda Azərbaycanı günahlandırmaq üçün süni səbəb axtarırlar. Azərbaycan ona görə məcbur qaldı ki, belə bir açıqlama ilə onların Azərbaycanı günahlandırmasını aradan qaldırsın”, - o bildirib.

Ekspert qeyd edir ki, bu açıqlama eyni zamanda Ermənistan üçün İran-Ermənistan qarşı durmasını yaratmaq nöqteyi-nəzərdən ortaya atılan fikir oldu.

"Bu Ermənistan üçün İran-Ermənistan qarşı durmasını yaratmaq nöqteyi-nəzərdən ortaya atılan fikir oldu. Yəni, Ermənistan üçün xilas formulu ola bilərdi lakin, bunun olmaması üçün Ermənistanın qardaş dediyi İran qabağa düşdü və maneə oldu. Bu kimi faktorlar həll edicidir. Reallığa qalanda ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina edir, belə bir anlayış yoxdur və bu bizim ciddi şəkildə planlarımızın daxilindədir”, - Əlibəyli əlavə edib.
 
Oktyabrın 5-də  İran prezidenti Ayətullah rəisi Azərbaycan və Ermənistanın rəsmi nümayəndləri ilə görüşündə deyib ki, Zənzəgur dəhlizinin açılmasını region ölkərinin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. 
 
İyulun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla Zəngəzur dəhlizinin açılmasını müzakirə edib.
 
İyulun 24-də Azərbaycan lideri açıqlama verərək vurğulayıb ki, Azərbaycan ərazisində tikinti işlərinin 70% bitib və Zənzəgur dəhlizi işə salınacaq. 
 
İyulun 21-də prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşündə yaxın üç ildə 150 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtmasını təmin etmək planlarını açıqlayıb.
 
İyunun 14-də Türkiyə prezidenti Ərdoğan açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır. 
 
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 
 
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.


"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub. 
 
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb. 
 
Aygün Mirakif

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Siyasət 20:02
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol