• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsi təqdim edib - Hikmət Hacıyev

Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsi təqdim edib - Hikmət Hacıyev
18.11.2023 12:02

Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsi təqdim edib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistərə deyib.

Hikmət Hacıyev qanunsuz erməni rejiminin tərksilah olunaraq Azərbaycan ərazisini tərk etdiyin bildirib.

"Bu, Ermənistanla Azərbaycan arasında sülh razılaşması yolunda maneələri aradan qaldırır. Düşünürük ki, iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoymaq, Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsipə əsaslanan davamlı sülhü inşa etmək üçün tarixi imkan yaranıb", - o deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan daha geniş Avrasiya xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həll modelini yaradıb.

"Minsk qrupunun həmsədrliyi uğursuzluğa düçar oldu, çünki onun məqsədi Azərbaycan ərazisinin Ermənistanın işğalı altında qalmasının davam etməsindən ibarət idi. Biz hərbi işğala son qoyduq. Azərbaycan artıq sülhü və Ermənistanla münasibətlərin normallaşmasını prioritet hesab edir. Lakin istənilən sülh sazişi iki tərəfin iştirakını tələb edir və Ermənistan xoş məram nümayiş etdirməlidir. Biz Ermənistana sülh sazişinin beşinci yenilənmiş layihəsini təqdim etdik, lakin artıq iki aydır ki, onlar reaksiya vermirlər", - Hikmət Hacıyev deyib.

O, Cənubi Qafqazda yeni reallıqların formalaşdığını, qanunilik və legitimliyin bu yeni reallıqların əsasında dayandığını qeyd edib.
"Biz regional təhlükəsizliyin yeni, ədalətə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa və bütün ərazi iddialarına son verməyə əsaslanmış arxitekturasını inşa etmək istəyirik. Fikrimcə, biz sülhə nail olmalıyıq və əlavə tərəfdaşlar bu sazişi dəstəkləyə bilər", - Hikmət Hacıyev deyib.

O qeyd edib ki, münaqişənin "dondurulduğu" dövrdə Avropa Parlamentində Azərbaycanofobiya və Azərbaycana qarşı islamofobiya təzahür edirdi.

"Aİ Şurası bu yaxında Azərbaycanı tənqid edən bəyanat yayıb və biz bunu yersiz hesab edirik. Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə Avropa institutları heç vaxt ədalətlə yanaşmayıb. Uzun illər ərzində Gürcüstan, Moldova, Ukrayna və Azərbaycanda separatçı birləşmələrə qarşı müxtəlif yanaşmalar mövcud olub", - Prezidentin köməkçisi deyib.

O, Aİ-nin Fransa kimi bəzi üzv ölkələrinin Ermənistanda militarizasiya proqramını başlatdığını əlavə edib.

"Biz militarizasiyanı dəstəkləmirik. Ermənistana militarizasiya proqramı lazım deyil. Sülh proqramı lazımdır. Fransa Ermənistana raket silahları ilə zirehli maşınlar göndərir. Ermənistan Fransadan, həmçinin, üç radiolokasiya sistemi və yaxın məsafəli "Mistral" "yer-hava" sinifli raketlər satın alır. Biz həmişə Fransa kimi üzv dövlətlərə Azərbaycan ərazisində separatizmi dəstəkləməməsi və regionumuzda erməni revanşizmini və ya geosiyasi oyunları təşviq etməmələri barədə xəbərdarlıq etmişik. Fikrimizcə, tarixi imkan yaranıb və müvafiq Avropa institutları regionda sülh gündəminin təşviqi üçün problemin deyil, həllin bir hissəsi olmalıdırlar", - deyə o sonda deyib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol