Ceyhun Bayramov İtaliya XİN başçısının müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.
İtaliyanın "Leonardo” şirkətinin istehsalı olan "C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi məmnunluqla qeyd edilib, müdafiə sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilib.
Tərəflər həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Son xəbərlər 
Daha çox 




















