İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar COP31-in Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.
Jurnalistin "Əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?" sualına İlham Əliyev belə cavab verib:
"İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyanı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim".
Jurnalist planetin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyü və müsahibəyə vaxt ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.
























