Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb

Yasamal rayonunda avtobusda sərnişinin pulunu və mobil telefonunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Son xəbərlər 
Daha çox 























