İlham Əliyev perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Peru münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlar çərçivəsində əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Son xəbərlər 
Daha çox 




















