Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Bayramı münasibətilə keçirilən Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin 175-ci məzuniyyət tədbirində Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb.Bu barədə "Yaşat Fondu"ndan məlumat verilib.
Görüş fondun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə baş tutub.
Tədbirin sonunda Ərdoğan bildirib ki, "can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür".
Sonra şəhid ailə üzvləri R.T.Ərdoğanın şəxsi dəvəti əsasında Prezident Sarayında təşkil olunan Zəfər Bayramı Özəl Konsert proqramında iştirak ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Son xəbərlər 
Daha çox 




















