Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa işləri üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamika yaratmaq üçün səylərin artırılmasının və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı Ceyhun Bayramov Amerika tərəfini Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh müqaviləsi ilə bağlı, eləcə də İstanbulda keçirilən son görüş barədə məlumatlandırıb. Bildirilib ki, sülh müqaviləsi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişlərə baxmayaraq, yekun sülh müqaviləsinin imzalanmasına ən ciddi maneə Ermənistanın bir sıra hüquqi və siyasi sənədlərində, xüsusən də ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qorunub saxlanılmasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Son xəbərlər 
Daha çox 



















