• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşüb

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşüb
13.07.2026 17:21

İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Yan Sanders ilə görüş keçirib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfənin regional və qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə yeni regional reallıqlar, sülh prosesi, işğaldan azad edilmiş ərazilərimizdə görülən quruculuq işləri və infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Nazir ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən bəhs edib. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq təchizat zəncirlərində artan rolunun gömrük prosedurlarının səmərəliliyinin yüksəldilməsi və ticarətin asanlaşdırılması baxımından yeni imkanlar yaratdığı qeyd olunub.

Tərəflər beynəlxalq gömrük əməkdaşlığının gücləndirilməsinin, innovativ texnologiyaların tətbiqinin, məlumat mübadiləsinin və institusional əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol