• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikinti 2027-ci ilin əvvəlində başlaya bilər - Bayramov

Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikinti 2027-ci ilin əvvəlində başlaya bilər - Bayramov
15.09.2026 14:55


Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində layihələndirmə və podratçı şirkətlərin seçilməsi işlərinin 2026-cı ilin sonunadək tamamlanması, tikintinin isə 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi bildirib.


“ABŞ-dan olan tərəfdaşlarımız bizi Ermənistanla ikitərəfli görüşlər barədə müntəzəm məlumatlandırırlar. Son məlumata görə, layihələndirmə və şirkətlərin seçilməsi işləri davam edir və ilin sonunadək başa çatmalıdır. Fiziki işlərin başlanması 2027-ci ilin əvvəlinə planlaşdırılır”, - Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.


Onun sözlərinə görə, dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsinin uzunluğu təxminən 42 kilometrdir və tikinti işləri başladıqdan sonra onun qısa müddətdə tamamlanması mümkündür.
Bayramov bildirib ki, Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədinədək avtomobil yolunun 85%-i, dəmir yolu infrastrukturunun isə 75%-i hazırdır. Hər iki layihənin 2027-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.


Nazir əlavə edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində sovet dövründən qalan, uzunluğu təxminən 190 kilometr olan dəmir yolunun yenidən qurulmasına da başlanılıb.


Türkiyə ərazisində isə Zəngəzur dəhlizinin davamı kimi nəzərdə tutulan 224 kilometrlik Qars-İğdır–Dilucu dəmir yolu xəttinin tikintisi aparılır.


Bayramovun sözlərinə görə, bütün hissələr tamamlandıqdan sonra marşrut Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirəcək, həmçinin Avropadan Türkiyə və Azərbaycan üzərindən Mərkəzi Asiya və Çinə uzanan Orta Dəhlizin yeni istiqamətini yaradacaq.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol