• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev AQEM-in Bakıdakı 7-ci Zirvə Toplantısında çıxış edir - YENİLƏNİB

İlham Əliyev AQEM-in Bakıdakı 7-ci Zirvə Toplantısında çıxış edir - YENİLƏNİB
15.10.2026 12:25

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Dövlət və Hökumət Başçıları Şurasının 7-ci Zirvə Görüşü keçirilib.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə Laos Xalq Demokratik Respublikasının təşkilata yeni, 29-cu üzv dövlət qismində qəbul olunmasını Asiya məkanında inklüziv dialoqun genişlənməsi baxımından mühüm hadisə adlandırıb və Laos Prezidenti Tonqlun Sisuliti təbrik edib.

Dövlət başçısı 2024-cü ildə ölkənin sədrliyinə verilən yekdil dəstəyə və sədrliyin daha iki il müddətinə uzadılması barədə qərara görə bütün üzv dövlətlərə minnətdarlığını bildirib.

Prezident vurğulayıb ki, Avrasiyada birləşdirici mərkəz kimi çıxış edən Azərbaycan daxili işlərə qarışmama, ərazi bütövlüyü və suverenliyin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət yürüdür, beynəlxalq münasibətlərdə ikili standartlara və seçici yanaşmalara qarşı qətiyyətlə mübarizə aparır.

30 il ərzində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalda saxlanıldığını, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qaldığını xatırladan İlham Əliyev, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasız qalmasını və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini kəskin tənqid edib.

Dövlət başçısı qeyd edib ki, Avropa Parlamenti və Avropa Şurası kimi qurumlar işğalçı Ermənistanı həvəsləndirərək Azərbaycana qarşı qərəz nümayiş etdiriblər.

Dövlət başçısı bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsi azad edilib və Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur olub. 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə isə ölkəmizin suverenliyi tam bərpa olunub, separatizm darmadağın edilib və cinayətkar ünsürlər ədalət mühakiməsi qarşısına çıxarılıb.

Prezident İlham Əliyev qeyd edib ki, müharibə bizim seçimimiz olmayıb və qələbədən sonra Azərbaycan humanist dəyərlər nümayiş etdirərək Ermənistana sülh təklif edib. 
 "Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır",- Əliyev deyib.

Dövlət başçısı həmçinin Azərbaycanın sədrliyi dövründə nəqliyyat, bağlantılar, rəqəmsallaşma, elm və turizm sahələrində AQEM-in potensialının əhəmiyyətli dərəcədə gücləndiyini diqqətə çatdırıb.

Gülnar Nazimqızı

12.23

---------

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda təşkil olunan 7-ci Zirvə Toplantısında çıxış edib. Bu barədə APA məlumat yayıb.

Dövlət başçısı 2024-cü ildə Azərbaycanın təşkilata sədrliyinə verilən yekdil dəstəyə görə bütün üzv dövlətlərə minnətdarlığını bildirib.

Çıxışında Azərbaycanın Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm geostrateji rol oynadığını vurğulayan Prezident qeyd edib: "Regionumuzda təhlükəsizlik sistemini möhkəmləndiririk. Azərbaycan davamlı olaraq daxili işlərə qarışmama, ərazi bütövlüyünə hörmət kimi prinsiplərə əsaslanan müstəqil xarici siyasət həyata keçirir".

N. Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol