• $
  • €
  • ₽
  • ₺
  • £

Qəribabadi: ABŞ və İsrail diplomatik danışıqlar zamanı İrana hücum edib

Qəribabadi: ABŞ və İsrail diplomatik danışıqlar zamanı İrana hücum edib
15.10.2026 15:31

İran ABŞ və İsraili son 16 ayda diplomatik danışıqlar davam edərkən ölkəyə hücum etməkdə ittiham edib. Tehran hücumlar nəticəsində 167 məktəblinin öldürüldüyünü bildirir.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu fikirləri AQEM-in sammitində çıxışı zamanı səsləndirib.


O, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan İran obyektlərinin də hədəfə alındığını deyib. Qəribabadi İranın özünümüdafiə hüququndan istifadə etdiyini bildirib və ölkəsinə qarşı istənilən təcavüzün cavablandırılacağını söyləyib.


Nazir müavini İsraili silahlara nəzarət üzrə beynəlxalq sazişlərə qoşulmamaqda və Asiyada qeyri-sabitliyin artmasına səbəb olmaqda ittiham edib. O, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, güc tətbiqi pislənilməli və beynəlxalq hüququn pozulması halları araşdırılmalı olduğunu vurğulayıb.


Qəribabadi Fələstin ərazilərinin işğalını, eləcə də Livan və Suriyada gərginliyin artmasını narahatlıq doğuran məsələlər kimi qeyd edərək hərbi eskalasiyanın dayandırılmasına çağırıb.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol