• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
27.10.2026 19:41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT Turizmin (UN Tourism) Baş katibi Şeyxa Əl-Nuveys ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə BMT Turizmi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi, yeni əməkdaşlıq imkanları və Azərbaycanın beynəlxalq turizm platformalarında iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.

Ceyhun Bayramov Şeyxa Əl-Nuveysi baş katib vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona uğurlar arzulayıb. Nazir Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi, müxtəlif təbii landşaftları, müasir infrastrukturu və qonaqpərvərlik ənənələrinin ölkənin regional və beynəlxalq turizm məkanında cəlbediciliyini artırdığı vurğulanıb.

Ölkənin mədəni irs, şəhər, ekoturizm, kənd, dağ, sağlamlıq, qış və işgüzar turizm istiqamətləri üzrə imkanları diqqətə çatdırılıb. Həmçinin zəngin mətbəx mədəniyyətinin və milli kulinariya ənənələrinin Azərbaycanın turizm potensialının tanıdılmasındakı rolu qeyd olunub.

Görüşdə turizm infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanın turizm məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərin tarixi-mədəni irsi və turizm potensialı da müzakirə olunub. Həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, infrastrukturun yaradılması, mədəni və dini irsin qorunması, yeni turizm istiqamətlərinin formalaşdırılması barədə məlumat təqdim edilib.

Şeyxa Əl-Nuveys Azərbaycanın təşkilatda fəal üzvlüyünə görə təşəkkür edib və BMT Turizminin planları və prioritetləri barədə məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol