• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
07.11.2026 14:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Ərdoğan məktubunda İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Gününün altıncı ildönümü münasibətilə təbrik edib.

Türkiyə Prezidenti Azərbaycanın qazandığı Zəfərin bütün Türk dünyası üçün qürur mənbəyi olduğunu bildirib.

O, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsinin qürurverici olduğunu qeyd edib.

Ərdoğan Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırılan Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində davam edəcəyinə əminliyini ifadə edib.

Türkiyə Prezidenti regionda davamlı sülh, sabitlik və əmin-amanlığın təmin olunması istiqamətində aparılan işlərin Cənubi Qafqazın əməkdaşlıq və inkişaf bölgəsinə çevrilməsinə töhfə verdiyini vurğulayıb.

Ərdoğan məktubunda Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.

O, həmçinin İlham Əliyevə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavan və dinc gələcək arzulayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol