• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
07.11.2026 14:02

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.

"Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından Ağdamda ərazilər minalardan və hərbi sursatlardan təmizləndikdən sonra torpaq hazırlığı və planlaşdırma işləri aparılıb, daha sonra əkinə başlanılıb. İlkin mərhələdə ərazidə taxıl əkilib və məhsuldarlıq hektara 40 sentner təşkil edib.

Hazırda müəssisənin ərazisində 1 150 hektar sahədə zeytun bağı salınıb və burada 700 mindən çox ağac əkilib. Gələcəkdə zeytun və badam ağaclarının sayının 1,5 milyona çatdırılması planlaşdırılır.

Müəssisədə ildə 10 min ton zeytun və ya 2 min ton zeytun yağı istehsalı nəzərdə tutulur. İstehsalatda müasir kənd təsərrüfatı texnikasından istifadə edilir.

Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, uzunluğu 3 690 metr olan Eyvazxanbəyli–Xaçınçay avtomobil yolu təmir olunub, inzibati və texniki zonalar yaradılıb. Həmçinin 10 hektar ərazidə meşə massivi salınıb, daha 50 hektar sahədə meşə salınması planlaşdırılır. Ərazidə yanacaqdoldurma məntəqəsi və meteostansiya da yaradılıb.

Dövlət başçısına Azərbaycanda qoz istehsalı sənayesinin inkişafı barədə də məlumat verilib. Bildirilib ki, "Aqroinkişaf 2017" MMC tərəfindən 2017-ci ildən Şəki və Oğuz rayonlarında 2 min hektardan çox ərazidə intensiv qoz bağlarının salınması üzrə işlər yekunlaşmaq üzrədir.

Qeyd olunub ki, 2022-ci ildə Oğuz rayonunda qozun yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması zavodunun təməli qoyulub. Müəssisə üçün 2025-ci ildə illik istehsal gücü 10 min ton olan avadanlıqlar alınıb və istifadəyə verilib.

Toplanan qoz məhsulu əsasən daxili bazarda satılır, həmçinin Türkiyə, Gürcüstan, Rusiya və İtaliyaya ixrac olunur. Hazırda min hektara yaxın ərazidə intensiv badam bağlarının salınması həyata keçirilir.

Müəssisənin müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemləri, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqlarla təchiz edildiyi bildirilib.

Prezident İlham Əliyevə "Acınohur Zeytun vadisi" layihəsi çərçivəsində görülən işlər barədə də məlumat verilib.

Sonda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol