• $
  • €
  • ₽
  • ₺
  • £

Keniya Azərbaycanda səfirlik açacaq

Keniya Azərbaycanda səfirlik açacaq
11.11.2026 11:31

Keniya xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində Bakıda səfirlik açacaq.

Bu barədə Keniyanın Xarici İşlər və Diaspor İşləri Nazirliyinin bəyanatında bildirilib.

Sənədə əsasən, qərar büdcə məhdudiyyətləri və xarici siyasət prioritetləri nəzərə alınmaqla, ölkənin xaricdəki diplomatik təmsilçiliyinin yenidən nəzərdən keçirilməsi çərçivəsində qəbul edilib.

"Nazirlər Kabinetinin rəhbərliyi altında Keniya müvafiq olaraq Mərkəzi Avropa və Mərkəzi Afrikada öz təmsilçiliyini gücləndirmək üçün Bakıda (Azərbaycan) və Brazzavildə (Konqo) yeni nümayəndəliklər açacaq", - bəyanatda bildirilib.

Optimallaşdırmanın birinci mərhələsi çərçivəsində Keniya hökuməti Berndəki (İsveçrə) səfirliyini də bağlamağı planlaşdırır.

"Əvvəllər olduğu kimi, İsveçrə ilə ikitərəfli münasibətlərə dair məsələlər ilə yenidən Keniyanın Londondakı Ali Komissiyası məşğul olacaq. Bununla yanaşı, Keniya Cenevrədə diplomatik təmsilçiliyini qoruyub saxlayacaq, orada ölkənin daimi nümayəndəliyi BMT və orada yerləşən digər çoxtərəfli təşkilatlarla qarşılıqlı fəaliyyətini davam etdirəcək", - məlumatda qeyd olunub.

Bundan əlavə, optimallaşdırma çərçivəsində Keniyanın Port-o-Prensdəki (Haiti) diplomatik nümayəndəliyinin Mexikoya, Havanadakı (Kuba) nümayəndəliyinin isə Kinqstona (Yamayka) köçürülməsi artıq həyata keçirilib.

Azərbaycan və Keniya arasında diplomatik münasibətlər 28 may 2004-cü ildə qurulub. Azərbaycan Prezidenti İlham Əliyev 18 noyabr 2022-ci ildə Azərbaycanın Keniyada səfirliyinin təsis edilməsi haqqında sənəd imzalayıb. 23 may 2023-cü il tarixində Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol